VK rəhbərliyi vətəndaş qəbulu keçirib | FOTOLAR

VK rəhbərliyi vətəndaş qəbulu keçirib |    FOTOLAR
  05 Sentyabr 2025    Oxunub:746
Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərliyi ilə növbəti vətəndaş qəbulu keçirilib.
AzVision.az xəbər verir ki, VK-nın inzibati binasında təşkil olunan qəbulda Bakı şəhəri və respublikanın bölgələrindən müraciət edən vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı məsələləri dinlənilib, bütün müraciətlər qeydə alınıb.

Qəbul zamanı qaldırılan hüquqi problemlərin həlli yolları müzakirə olunub, vətəndaşlara müvafiq məsləhət və tövsiyələr verilib. Həmçinin bir sıra məsələlərin operativ həlli üçün tapşırıqlar verilib, araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb və aidiyyəti üzrə tədbirlərin görüləcəyi bildirilib.

VK-da vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində effektiv tədbirlərin görülməsi davam etdirilir. Kollegiya sədri Anar Bağırovun qəbulunda iştirak etmək istəyən vətəndaşlar VK Aparatına müraciət edə bilərlər.

AzVision.az

Qalereya




Teqlər: VK  



Xəbər lenti